Vyanada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriləcək

img

04-02-2010 [03:10]


Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 26-da Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri ? Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirəcək. Ştefan meydanında qurulacaq çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdiriləcək. Yerli əhaliyə erməni vandalları və keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı tərəfindən törədilən Xocalı faciəsi barədə ətraflı məlumat veriləcək. Quraşdırılacaq ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, eyni zamanda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan ?Xocalıya ədalət? kampaniyasının internet səhifəsi (www.justiceforkhojaly.org) nümayiş etdiriləcək. Xatırladaq ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Erməni əsgərləri Xocalıda soyqırım törədiblər. Qırğın nəticəsində 613 nəfər həlak olub. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlılardır. Bundan başqa 8 ailə tamamilə məhv edilib. Həmçinin erməni silahlılarının Xocalıya hücumu nəticəsində 487 nəfər yaralanıb. Ermənilər 1275 nəfəri əsir götürüb. Hücum zamanı 150 nəfər itkin düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA