Musəvi etiraz aksiyalarının davam etdirilməsinin tərəfdarıdır

img

02-02-2010 [05:24]


İran müxalifətinin lideri Mirhüseyn Musəvi hökumətin təzyiqlərinə baxmayaraq tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə çağırıb. Müxalifət saytlarının birində dərc olunmuş müraciətində Musəvi bildirib ki, dinc aksiyalar keçirmək İran xalqının haqqıdır. Fevralın 11-də islam inqilabını növbəti ildönümündə İran müxalifəti kütləvi etiraz aksiyaları keçirməyə hazırlaşır. 1979-cu ildə baş vermiş inqilab haqqında danışarkən Musəvi deyib ki, ölkədə inqilab məqsədinə çatmayıb, ona görə ki, ölkədə diktatuta davam edir. Keçən həftə müxalifətin etiraz aksiyalarında iştirak etmiş 2 nəfər edam olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA