Obama Azərbaycan və Ermənistan arasında hərbi pariteti saxladı

img

02-02-2010 [03:10]


Amerika prezidenti Barak Obama 2011-ci maliyyə ili üçün büdcə layihəsini Konqresə təqdim edib. Gələn ilin büdcəsi 3,8 trilyon dollar təşkil edir. Sənəd müvafiq olaraq Ağ Ev administrasiyası gələn büdcə ilində Azərbaycan və Ermənistana hərbi pariteti saxlayıb. Ermənistan gələn il büdcə çərçivəsində 40 milyon dollar alacaq. Bu cari ildə Ermənistana ayrılmış vəsaitdən 10 milyon dollar artıqdır. Lakin bu rəqəm Konqresin təsdiqlədiy vəsaitdən 1 milyon dollar azdır. Amerika Erməni Assambleyası Ermənistana büdcədə əlavə 10 milyon dollar ayrılması, Azərbaycan və Ermənistan arasında hərbi paritetin qorunub saxlanmasına görə Barak Obama administrasiyasına minnətdarlıq edib. Silahlı qüvvələrin maliyyələşdirilməsini nəzərdə tutan maliyyə yardımları Azərbaycan və Ermənistan arasında tarazlığı nəzərdə tutur. Hər iki ölkə 3,5 milyon dollar yardım alacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA