Ukrayna paytaxtı silahlılar tərəfindən mühasirəyə alınıb

img

01-02-2010 [01:49]


Ukraynanın baş naziri Yuliya Timoşenko paytaxt Kiyevin Viktor Yanukoviçi dəstəkləyən silahlar tərəfindən mühasirəyə alınması ilə bağlı bəyanatla çıxış edib. "Kanal 5" telekanalına müsahibə verən Timoşenko bildirib ki, Yanukoviçin silahlı tərəfdarları hakimiyyəti ələ keçirmək üçün istənilən varianta hazırdır: "Kiyev ətrafında yerləşən silahlıları "işə" salmaq Yanukoviçə xas metoddur. Ancaq silahlılar Regionlar Partiyası liderinin yeganə resursu deyil. Onun tərəfdarları həmçinin seçkilər zamanı saxtakarlıqla məşğul olur". Ukraynanın baş naziri qeyd edib ki, ötən illər ərzində Yanukoviçin nə siyasəti, nə də metodları dəyişib:"Biz onlara öz yerlərini göstərəcəyik. Yanukoviç heç bir halda hakimiyyətə gəlməyəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA