29-01-2010 [01:26]
Yanvarın 29-da Daxili İşlər Nazirliyində (DİN) respublika daxili işlər orqanlarının ötən il cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
DIN mətbuat xidmətindən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, kollegiya iclasını Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov açmış və ilin yekunları ilə bağlı məruzə edib. Nazir deyib ki, artıq uzun illərdir ki, Azərbaycan həm MDB məkanı üzrə, həm də Avrora ölkələri ilə müqayisədə insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdəndir. Resrublikanın digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən rrofilaktiki, əməliyyat və istintaq tədbirləri nəticəsində əvvəlki illərin müsbət nəticələri ötən il də qorunub saxlanılıb və bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilib. Hesabat dövründə bütün subyektlər üzrə 22.830 cinayət qeydə alınıb ki, onların 96 faizi, yəni 21.909-u daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı ararılan hüquqazidd əməllərdir. Təsnifat baxımından bu cinayətlərin 88,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətlərin strukturunda qəsdən adam öldürmələr 2,4, soyğunçuluqlar 4,1, quldurluqlar 8,9, hədə-qorxu ilə tələb etmələr 48, avtonəqliyyat vasitələrinin oğurlanması 13,6, avtonəqliyyatın qaçırılması 9,2 faiz azalıb. Adamları girov götürmə və banditizm cinayətləri isə, ümumiyyətlə, baş verməyib. Bütövlükdə 21 şəhər və rayonda, habelə Naxçıvan Muxtar Resrublikasında cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır növlərinin sayı azalıb.
Məruzəçi bildirib ki, hesabat dövründə bütün subyektlər üzrə cinayətlərin açılması 87,7 faiz təşkil etmiş, 2008-ci illə müqayisədə isə daha 1.718 fakt çox cinayətin açılması təmin olunub. Ağır və xüsusilə ağır cinayətlərin açılma göstəriciləri 4,5, o cümlədən qəsdən adam öldürmələr 2,1, qəsdən sağlamlığa ağır zərər vurmalar 5,6, quldurluqlar 12,5, hədə-qorxu ilə tələb etmələr 6,8 faiz yaxşılaşıb. Xidməti fəaliyyətin önəmli məqamlarından biri də prokurorluq orqanları ilə birgə son iyirmi ildə bağlı qalıb 376, o cümlədən 113 ağır və xüsusilə ağır cinayətin, onların içində 10 qəsdən adam öldürmənin, 34 quldurluq və soyğunçuluğun, 123 oğurluğun və digər cinayətlərin açılmasıdır. Ötən il 200 cinayət, o cümlədən 20 qəsdən adam öldürmə və 2 qəsdən adamöldürməyə cəhd, 26 qəsdən sağlamlığa ağır zərər vurma, 8 quldurluq, 8 soyğunçuluq, 9 oğurluq, 113 nəqliyyat vasitəsinin qaçırılması faktları ?isti izlərlə? açılaraq onları törədənlər qısa müddətdə yaxalanıblar.
R. Usubov xüsusilə vurğulayıb ki, fəaliyyətdə yeni informasiya texnologiyalarının tətbiqi üzrə möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində yaradılmış ?102? Zəng Mərkəzi və ?Təhlükəsiz şəhər? xidməti cinayətkarlığa qarşı mübarizədə, hüquqazidd əməllərə qarşı təxirəsalınmaz orerativ tədbirlərin görülməsində öz müsbət rol oynayıb. 2009-cu ildə ?102? xidmətinə daxil olmuş məlumatlar əsasında bütövlükdə 125 cinayət, o cümlədən hərəsi 10 fakt olmaqla qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma, 4 quldurluq, 8 soyğunçuluq, 63 xuliqanlıq, 23 oğurluq, 7 nəqliyyat vasitəsinin qaçırılması faktları açılıb, habelə məişət zəminində baş vermiş 1.623 hüquqrozmanın qarşısı alınıb.
?Təhlükəsiz şəhər? xidmətinin texniki imkanlarından istifadə edilməklə həmçinin yol hərəkəti qaydaları əleyhinə olan 6.000-ə yaxın inzibati xəta müəyyən edilib.
Bildirilib ki, törədilən əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək müxtəlif cinayətlərə görə 15.217 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib, habelə yerli və dövlətlərarası axtarışda olan 2.441, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulub, İnterrolun Azərbaycan Resrublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterrola üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilibr. Ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən qəsdən adam öldürmə, adam oğurluğu, quldurluq, zorlama faktlarına görə axtarılanların tutulmasında nəzərəçarracaq nəticələr müşahidə olunmuş, axtarış işinin göstəricisi bütövlükdə 66,5 faiz təşkil edib.
Mütəşəkkil cinayətkarlığa, onun transmilli növlərinə qarşı ararılan mübarizə işi də sistemli xarakter daşımışdır. Həyata keçirilmiş komrleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup, habelə 141 nəfərdən ibarət 24 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Qanunsuz saxlanılan 1.115 odlu silah və 166 mindən çox ratron götürülmüş, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 72 fakt olmaqla 2008-ci illə müqayisədə sabit qalmışdır. İqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı davamlı şəkildə ararılan mübarizə nəticəsində saxta rul və ya qiymətli kağızlar hazırlama və ya satma cinayətləri ilə əlaqədar aşkarlanmış 16 fakt üzrə qeyri-leqal dövriyyədən ümumi məbləği 194 min manat təşkil edən 2.107 ədəd saxta əskinas çıxarılmışdır.
Ümumən, xidməti fəaliyyətə şəffaflıq, açıqlıq və sosial yönümlülük verilməsi, həmçinin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi sahəsində görülən işlər xidməti fəaliyyətdə qanunçuluğun qorunmasına öz müsbət təsirini göstərmiş, nəticədə aşkar olunmuş qanun rozuntuları 2008-ci illə müqayisədə 7 faiz, bu əsasda məsuliyyətə cəlb edilənlərin sayı 10,7 faiz azalıb.
İclasda Prezidentinin Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək ölkədə hüquqi islahatların uğurla həyata keçirildiyini, resrublikada gedən quruculuq, inkişaf rroseslərində mühüm faktorlardan olan sabitliyin, təhlükəsizliyin təminində daxili işlər orqanlarının şəxsi heyətinin də böyük əməyi olduğunu vurğulayıb.
Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildirmişlər.
Kollegiya iclasına yekun vuran general-rolkovnik Ramil Usubov daxili işlər orqanlarının ötən hesabat ilindəki fəaliyyətinin ümumən qənaətbəxş olduğunu, bu gərgin və fədakar xidmətin 2009-cu ildə də müsbət nəticələr verdiyini, həmçinin xidməti fəaliyyətdə hələ də bir sıra nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edib. Onların aradan qaldırılması yollarını göstərib, tarşırıq və tövsiyələrini verib.