Heydər Əliyev adına Beynəlxalq Hava Limanında zok yazanıb

img

21-01-2010 [01:18]


Yanvarın 20-də saat 15:35-də Pakistan Hava Yollarına məxsus PİA-709 reysiylə içərisində 375 sərnişin olan və Laxordan İngiltərənin Mançester şəhərinə uçan Boinq 777 tipli sərnişin təyyarəsində əsl şok yaşanıb. Belə ki, sərnişin Əminə Xalidin 4 aylıq qızı Alizi kəskin ürək çatışmazlığına məruz qalıb. Kapitan yerlə dərhal əlaqə saxlayıb və eniş üçün ən yaxın nöqtə Bakı şəhəri olduğundan heyət Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enmək üçün muraciət edib. Hadisədən 20 dəqiqə sonra təyyarə 15:59-da Binə Hava limanında yerə enib. Bununla bağlı olaraq Azərbaycan Hava Yolları Qapalı Səhmdar cəmiyyətinin prezidenti Cahangir Əsgərovun yanında təcili qərargah yaradılıb. O, dövlət sərhəd xidməti ilə əlaqə saxlayıb və Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevə bu barədə məlumat verib. Vəziyyəti kəskin dərəcədə pisləşən uşaq hava limanına çağırılmış təcili yardım maşını ilə səhiyyə nazirinin tapşırığı ilə dərhal Kubra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna aparılıb. AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, həyata keçirilmiş reanimasiya tədbirləri nəticəsində uşağın həyatı xilas edilib. Təyyarə isə 4 saata yaxın hava limanında sərnişinləri gözləməli olub. Amma həkimlər xəstənin bu vəziyyətdə uçuşu davam etdirməyini məqsədəuyğun saymayıblar. Bu səbəbdən təyyarə saat 19:16-da onları Bakıda saxlamaqla uçuşu davam etməli olub. 4 aylıq Alizi bu saat da həmin institutda müalicəsini almaqdadır. E.Hacıyev onu da bildirib ki, bir az əvvəl xəstəxana ilə əlaqə saxlayıb. Oradan verilən məlumata görə isə xəstə artıq böhrandan çıxıb vəziyyəti yaxşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA