Lavrov və Klinton Qarabağ münaqizəsini müzakirə edib

img

28-01-2010 [04:45]


ATƏT-in Minsk Qrupuna həmsədr olan Rusiya və Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirləri Londonda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşdən sonra müsahibə verən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, o, amerikalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamasalınması prosesi barədə danışıqlar aparıb. Rusiyanın baş diplomatı Soçidə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü barədə ətraflı məlumat verib. Məsələnin asan olmadığını deyən Lavrov, bununla belə tərəflərin hamısının bu problemin həlli istiqamətində irəliləmək istəyi olduğunu vurğulayıb. Qeyd edək ki, görüş Londonda Əfqanıstanla bağlı bu gün keçiriləcək konfrans öncəsi baş tutub. Lavrov konfransın mövzusuna da toxunub və deyib ki, keçmiş Taliban üzvlərinin Əfqanıstan hökumətinə qaytarılması əfqan hökumətinin daxili işidir. Bu proses BMT Təhlükəsizlik Şurasının hazırda icra edilən prosedurları əsasında həyata keçirilməlidir. Rusiya xarici işlər naziri Serqey Lavrov bu gün baş tutacaq London görüşünün çağrılmasının səbəblərinə toxunaraq bir neçə məsələyə də aydınlıq gətirib. Lavrov Əfqanıstan hökumətinin ölkədə tam nəzarəti ələ keçirməsində Rusiyanın da maraqlı olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA