AST zirkətlər qrupunun rəhbəri Telman ismayılov Rusiyaya qayıdır

img

26-01-2010 [02:55]


Keçən ilin yayında sahibi olduğu ?Çerkizov? bazarı sanitar və gömrük qanunvericiliyinin pozulması bəhanə gətirilərək bağlanan Azərbaycan əsilli iş adamı Telman İsmayılov bir neçə aylıq fasilədən sonra Moskvaya qayıtmağa hazırlaşır. Lent.az-ın ?Ria Novosti? agentliyinə istinadən verdiyi məlumata görə, Telman İsmayılov yanvarın 29-da Rusiyaya gəlmək niyyətindədir. AST şirkətlər qrupundan agentliyə bildirilib ki, Telman İsmayılov Moskva və Soçidə investisiya layihələri həyata keçirmək istəyir. Qeyd edək ki, Rusiya hakimiyyətinin Telman İsmayılova qəzəblənməsinin əsasında onun Türkiyədə 1,4 milyard dollara beşulduzlu ?Mardan Plac?e otelini tikdirməsi durur. Rusiya hakimiyyəti Telman İsmayılovun böyük həcmdə vəsaiti olimpiya oyunlarının keçiriləcəyi Soçidə yox, Türkiyədə otel tikintisi üçün xərcləməsini bağışlamayıb və sahibi olduğu ?Çerkizov? bazarı bağlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR