Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə görüzəcəklər

img

25-01-2010 [12:26]


Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyanın Soçidə keçiriləcək üçtərəfli görüşünün yeri və vaxtı məlum olub. Belə ki, görüş bu gün Moskva vaxtı ilə saat 12.00-da (Bakı vaxtı ilə saat 13.00) Soçi şəhərindəki ?Grand Hotel Polyana? hotelində keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair müzakirələr aparılacaq. Qeyd edək ki, Azərbaycan prezidenti İ.Əliyev və Ermənistan prezidenti S.Sarkisyan görüşdə iştirak etmək üçün artıq Soçiyə yola düşüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA