DAK Nəzarət-Təftiz Komissiyasının sədri Aqil Ələsgər Gürcüstandan döndü

img

24-01-2010 [06:04]


Dünya Azərbaycanlıları Konqresinin Nəzarət-Təftiş Komissiyasının (DAK NTK) sədri, "Yeni Çağ" Analitik İnformasiya Agentliyinin direktoru Aqil Ələgər Gürcüstana işgüzar səfərdən geri qayıdıb. Bu barədə qəzetimizə məlumat verən A.Ələsgərin sözlərinə görə, səfərin məqsədi 20 Yanvar faciəsinin 20-ci il dönümü münasibəti ilə Gürcüstanda keçirilən tədbirlərdə iştirak etmək olub: "Tiflis və Borçalıda soydaşlarımızla görüşlər keçirdim. Soydaşlarımız müxtəlif qurumların təşkilatçılığı ilə 20 Yanvar faciəsini yad etdilər. Azərbaycanın Gürcüstandakı səfirliyi ilə yanaşı Tiflisdəki ictimai təşkilatlar da bu günün yad edilməsində aktivlik nümayiş etdirdilər. Tiflisin mərkəzindəki məsciddə isə soydaşlarımız üçün ehsan verildi". Qeyd edək ki, DAK NTK sədri 20 yanvar günü bir qrup soydaşımızla bərabər Tiflisin mərkəzində yerləşən mərhum prezident Heydər Əliyevin abidəsini də ziyarət edərək, əklil qoyublar. Azərbaycanın Gürcüstandakı səfirliyini də ziyarət edən Aqil Ələsgər dünən vətənə dönüb. Səfər zamanı A.Ələsgəri "Qərb" Araşdırma Qrupunun Orta Şərq Masasının rəhbəri Osman Atlihan müşaiyət edib. Səfərlə bağlı ətraflı məlumat gələn həftə veriləcək

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA