Həmsədrlər Elmar Məmmədyarov və prezident ilham Əliyevlə görüzəcək

img

21-01-2010 [12:29]


Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşəcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü müzakirə olunacaq. Verilən məlumatlara görə, prezidentlərin görüşü yanvarın 25-də Soçidə keçiriləcək. Həmsədrlər bundan əvvəl Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb, sülh danışıqlarının hazırkı mərhələsini müzakirə ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) yanvarın 20-də Azərbaycana gəliblər. Onları səfərdə ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik müşayiət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA