Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Azərbaycan xalqına bazsağlığı verib

img

19-01-2010 [03:53]


Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan məlumata görə, səfir müraciətində bildirib ki, 20 yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə ən faciəli günlərdən biri, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi daxil olub. O, 1990-cı ilin 20 yanvarında milli, etnik, dini, cinsi mənsubiyyətindən, yaşından asılı olmayaraq günahsız insanların ölümü ilə nəticələnən bu faciə ilə bağlı dərin üzüntüsünü çatdırıb: ?Beynəlxalq ictimaiyyət n kobud və kütləvi şəkildə pozulmasının şahidi olub. Öz ölkəsinin, xalqının azaldığı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan mərd vətən övladlarının xatirəsini əziz tutaraq, bu faciə ilə bağlı Azərbaycanlı bacı və qardaşlarıma başsağlığı verir, Ulu Öndər Atatürkün ?Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir? sözləri ilə kədərimizi paylaşıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA