"60 il mənim üçün ağrılı-acılı bir ömür olub"

img

17-01-2010 [05:54]


[b]Zəlimxan Yaqub: "Bu illər ərzində xalq sevgisi ilə bir yerdə, müxtəlif vaxtlarda bostanıma daş atanlar da az olmadı" [/b] [b]Xalq şairi Zəlimxan Yaqub 60 yaşını haqlayır. Görəsən, bir şair üçün nə qədər ömür lazımdı? Ürəyindəkiləri, cəmiyyətin bəlalarını qələmə almaq üçün 60 il yetərlidimi? [/b] - Elə bil 60 illik bir yuxu görmüşəm. Elə bilirəm dünənki uşağam, təzəcə anadan olmuşam. Hərdən elə bilirəm ki, dünyanın o üzü ilə yaşıdam, götür-qoy edirəm. 60 il çox böyük ömürdü. Səməd Vurğun, Əli Kərim, Müşfiq, Yesenin, Mayakovski və 60 yaşlı Zəlimxan ömrü... Ömür kimi böyükdü, amma şair arzuları kimi çox balacadı. Çünki şair ömrü dünyanın və kainatın özü boyda, Allahın özü ağırlıqdadı. Biri var cılız, xırda hisslər, gündəlik məişət qayğıları, bir də var böyük arzular... [b]- Böyük arzular nəylə bağlıdı? [/b] - Ailədən daha çox millətlə, vətənlə, torpaqla, bəşəri duyğularla bağlıdı. Allahımdan yerlə göy qədər razıyam. Çünki Tanrı mənə 60 ildə ləyaqətlə yaşamağı nəsib etdi. Ləyaqətlə yaşamaq hər adama qismət olmur. Allahın verdiyi istedad və fasiləsiz çalışmaq... 3 dəfə cərrahiyyə əməliyyatından çıxmışam. Bunun birində ölə bilərdim. Allah məni bu ağır prosesdən salamat çıxarmaqla məsuliyyətimi bir az da artırdı. Əgər mən böyrək əməliyyatında ölsəydim "Peyğəmbər" adlı kitab dünyaya gəlməyəcəkdi. Allah məni qoruyub ki, "Peyğəmbər"i yazım. 60 il mənim üçün çox çətin, ağrılı-acılı bir ömür olub. İdealım yollarda gəzə-gəzə yazmaq, yaza-yaza gəzmək olub. Hamını eyni şəkildə yaradan Allah heç kəsi bir-birinə bənzətməyib. Hərəyə bir meydan, bir cür xasiyyət verib. Atamın, anamın, müəllimlərimin saçını ağartdım. Amma bunların üzünü də ağartmaq lazımdı. Saçını ağartdınsa, deməli, onlara cəfa, əzab-əziyyət veribsən, üzünü ağartmaq üçün isə artıq əzab-əziyyəti özün çəkməlisən. Atam, anam, həyat yoldaşım, böyük mənada dövlət və millət qarşısında ən nüfuzlu adamlarından birinə çevrildim. Xalqın sözünü demək və dövlətçiliyin keşiyində dayanmaq səlahiyyətini aldım. Millət vəkili, xalq şairi, ozan Zəlimxan Yaqub oldum. Yaşadığım "gecəqondu"ları nəzərə almasaq, Allah mənə böyük bir meydan bağışladı. Gürcüstanda, Bolnisinin Kəpənəkçi kəndində doğulan Zəlimxan Yaqub dünyanı gəzdi, onun yaradıcılığı ilə bağlı dövlət filmlər çəkdi. Həmişə xeyirxahlıq işığında yaşadım. Hamıya qarşı, hətta məni sevməyənlərə də uzun ömür arzuladım. Sevgim çox böyük oldu. Məcnundurmu, Kərəmdirmi bilmirəm, onlardan biri də Zəlimxan oldu. Çalışdım ki, məni görən adam dərdini unutsun, sevinsin, işığı, saflığı, səmimiyyəti görsün, elə gözəlləşsin ki, yanımdan çıxanda özünü mələk hiss etsin. 40-a qədər kitab yazdım. Bircə vərəqində kiminsə qəlbini yaralayan söz yazmadım. Tədqiqatçı baxsın, əgər varsa, adımın üstündən qara xətt çəkərəm. Mənim idealım o oldu ki, kim olursansa ol, qarşındakı insanı özündən böyük görməlisən. Əgər qarşındakını özündən böyük gördünsə böyüyəcəksən, yox, əgər kiçik gördünsə kiçiləcəksən. Bu illər ərzində xalq sevgisi ilə bir yerdə, müxtəlif vaxtlarda bostanıma daş atanlar da az olmadı. [b]- Daşlar Sizə hansı tərəfdən atılırdı? [/b] - Daşlar Zəlimxanın könül, şeir dünyasına deyil, siyasət dünyasına atılırdı. [b]- Şairi nədə ittiham edirdilər? [/b] - Niyə iqtidara yaxınsan? Niyə Heydər Əliyevin səngərində dayanırsın? Ünvanıma bu qədər daşlar atıldı. Heç vaxt tarazlığı pozmadım, daşa daşla cavab vermədim. Daşa aşla, qana-qadaya sözlə cavab verdim. Üç dəfə daş atan dördüncüdə əlini saxladı. Dedi: "bu boyda Allahsızlıq olmaz. Kişi öz işini, çəkisini bilir, biz bunu niyə daşlayırıq?" Daş atanlar daşını saxladlı, təhqir edənlər eldən-obadan utandı. Xalqın sevgisi o qədər böyükdür ki, o daşatmaları xırda çivin vızıltısı hesab etmişəm, əhəmiyyət verməmişəm. Allahımın adı zəhmət olub. Gecə-gündüz, axşam-sabah həmişə oxudum, yazdım, fikrim müşahidə, mütaliyə olub. El məclislərində oldum. Toyda yorulana qədər oynamışam, ürək istəyən sağlıqlar demişəm, vayda hönkürüb alamışam. Orta vəziyyətdə olmamışam. Rəhmətlik Bəxtiyar Vahabzadə demiş güləndə qəh-qəhə çəkmişəm, ağlayanda hönkürmüşəm. [b]- İllər Sizi Milli Məclisə, qanunların qəbul olunduğu bir məkana qədər aparıb, xalqın sözünü demək səlahiyyəti verdi. Elə bir həqiqət olubmu ki, Zəlimxan Yaqub onu demək istəyib, amma bunun üçün özündə cəsarət tapmayıb? [/b] - Bəli, səmimi şəkildə etiraf məqamıdır. Olub, özü də çox olub. Demək, nəyisə yazmaq istəmişəm, amma etməmişəm. [b]- Kimdən, nədən qorxmusunuz? [/b] - Görmüşəm ki, beş adam mənim çıxışımdan faydalana bilər, amma 55 adam ziyan çəkər. Həmişə nizam tərəzisini çəkəndə susmuşam. Axı, mənə görə 55 adam niyə ziyan çəksin? Şair susanda da onun içində tufan olur. Qanun müqəddəsdir. Allahın yaratdığı qanunlarla təbiət, insanların yaratdığı qanunlarla cəmiyyət idarə olunur. İstər təbiət, istərsədə cəmiyyət qanunları arasında bir uçurum yarananda fəlakət baş verir. Mənim susduğum məqamlar olubsa, bu, dünyanın şikəst deyil, salamat qalması naminə olub. Və bunu qanunların xeyrinə etmişəm. Əqidəm, yolum bu millətə tam bəllidir. Zəlimxanın yaradıcılığında bir dönməz dövlətçilik xətti var. Bizi çox sıxıb, çox əziblər, könüllü-könülsüz pərəsəng edib dağıdıblar. Bu gün müstəqil bir Azərbaycan dövlətim varsa, onu dizimin şirəsi kimi qorumalıyam. Şüarım var - "fəxr edirəm ki, mənim Heydər Əliyev kimi ulu öndərim, İlham Əliyev kimi möhtərəm prezidentim, Azərbaycan kimi möhtəşəm xalqım var". Siyasətlə bağlı bütün şeirlərim bir xətti götürüb: Dövlətçilik qorunmalıdı. Bunun üçün əkinçiyə-səpinçiyə ümid eləmək olmaz. Əlində qələmi olan, ziyalı, intellektual səviyyə sahibləri ilə dövlət qorunmalıdı. Düşmənlərimiz çoxdur. 20 ildir ki, bu dünyanın qulağına qara bağlayıb Qarabağ bağırırıq. Eşitmirlər. Əla bilirlər cuda hansı çuvaldadır. Təbriz, Borçalı, Dərbənd, Naxçıvan burdan-buradı, yerlə yox, göylə gedirsən, paralayıblar. Müstəqil Azərbaycan dövləti qorunmalıdı. Birinci dəfə qoruya bilmədik, ikinci dəfə isə acı həqiqətlərdən dərs almalıyıq. [b]- "Şalvarımda 7, pencəyimdə 15 yamaqla Prezident Aparatına getmişəm. Bu paltarda da əlimdən tutub irəli çəkiblər",- deyən şair görmürmü ki, bu gün cəmiyyət cırıq, yamaq nədir, hətta nimdaş paltar geyinənlərə yuxarıdan aşağı baxır?[/b] - Bu çox böyük bəladır və yalnış fikirdir. İnsana geyiminə görə qiymət verməzlər. Heç vaxt paltar məzmunum olmayıb. Paltar, geyim 100-cü dərəcəlidi. ?ə istəyirsən geyin, 100 kostyum, 100 qalustuq bağla, amma axırda kəfən geyəcəksən. Bu insanlara heç kəs pis gözlə baxa bilməz. O adamlar ki, hazırın naziri olub, pis gün görməyib, yaxın-yörəsinə yuxarıdan aşağı baxacaq. Mənəviyyatı olmayan adamların yuxarıdan aşağı baxmasını dərd bilmə. Mənəviyyatı olan adamlar yuxarıdan aşağı baxdısa, onu özünə dərd et. Səviyyəsiz adamın səviyyəsinə enmə, içərindəki yüksəkliyə tapın, özünə qarşı inamın olsun. Kasıblığım, cırıq şalvarda, yamaqlı pencəkdə gəzməyim heç vaxt başıma qaxınc olmayıb. İçərimdəkinə arxalanmışam, yadıma düşməyib ki, kasıbam. Kasıb ola-ola kasıblara əl tutmuşam. Ağır əzaba dözən adamlar buna tap gətiribsə, axırda Allah tərəfindən mükafatını alıb. Birini peyğəmbər, birini şair edib. [b]- Deyirsiz ki, istəlinən adam məni yuxa kimi yumşaldıb ağlada bilər. Zəlimxan Yaqub niyə ağlayır? [/b] - Kövrəyəm. Böyüdüyüm ailədə həmişə göz yaşı olub. 9 yaşımda yatdığım otağın yan otağında əmim özünü tüfənglə öldürüb. Qan, göz yaşı, ana yetimliyi, imkansız, talesiz adamlar görmüşəm. Bir qadının yanında qaqqanaq çəkib gülmüşdüm. Sonra eşitdim ki, həmin qadın şəhid anasıdır, düz bir ay özümə gələ bilmədim. İçimdə tufan etmişəm, Zəlimxan sən niyə şəhid anasının yanında qəhqəhə çəkdin? Kövrəlməyən, içində dərd çəkməyən, göz yaşı içinə axmayan heç vaxt adam ola bilməz. Kim kövrəkdirsə, o, böyük adamdı. Kövrək deyilsənsə, necə şair olarsan? Bütün şeirlər kövrəklikdən, odu-külü bir-birinə qarışdıra-qarışdıra yaranıb. Qarabağda bəy səviyyəli bir kişinin qonağı olmuşam. Gəlinləri anam-bacım olsun, mənə xidmət edib. Günlərin birində Dəmiryolu vağzalının yanında payi-piyadə gedərkən gözüm göy satan qadınlara sataşdı. Baxdım, mənə xidmət edən həmin qadını uzaqdan tanıdım. İlahi, sənə inanmayan küllü-kafirdi. Qarabağda bəy arvadı kimi biləyini çırmalayıb əmr verən xanım bu gün yolun kənarında göy satır. İstədim ki, yaxınlaşıb onun ayaqlarından, mənə çay süzən barmaqlarından öpəm. Amma ürək edə bilmədim. Qorxdum. Dedim ki, birdən məni tanıyar, utanar. Bu mənzərəni görən şair necə kövrək olmaya bilər? Yazdım: Harda yumulmuşdu gözümüz bizim, Satqınlar yer satan, göy satan oldu. Evində ərinə naz satan gözəl, Gəldi küçələrdə göy satan oldu. [b]- Məclislərdə gur səsinizi eşidənlər deyir ki, "Zəlimxan Yaqub nə bəxtəvərdi". Şairsə deyir ki, ömrüm boyu dərdim olub...[/b] - Xalqın alqışını alan adam birmənalı şəkildə bəxtəvərdi. Amma nə olsun, mənim də dərdim var: ailə və torpaq dərdi. Rəhmətlik atam müəllim idi. ?əsiri çox mütaliyə edirdi. Harda ağır yük vardı atamın çiyinləri onun altındaydı. 5 övlad böyütdü. Ana babamı 1937-ci ildə sürgün ediblər. Üç bacı yetim qalıb. Anamı ömrü boyu ağlayan, gözünün yaşını sel kimi axan gördüm. Zəlimxan bu dərdə necə dözsün? Atam imkansız idi, borcumuz vardı. Hər gün qapı döyülürdü. Baxırdım, deyirdim, ilahi mənə imkan, ömür ver, elə bir zirvəyə çatım ki, atamı bu əzablardan qurtarım. Ona paltar alım, kurorta göndərim, getsin 5 gün də olsa camaat kimi dincəlsin. Edə bilmədim. Arzularım xəyal kimi ürəyimi göynətdi, ayağım yer tutanda atam dünyadan köçdü. Təsəvvür edin, atam bircə dəfə oğul payı görmədi. Zəlimxan üçün bundan dəhşətli dərd ola bilərmi? Atama həkimlər dava-dərman yazırdı, resept cibimdə qalırdı, əzilirdi, büzülürdü, cırılırdı. Ona baxa-baxa qalırdım, pul tapmırdım ki, o dərmanları alım. Bu dərd deyilmi? ?amusu, qeyrəti olan üçün bundan böyük dərd ola bilməz. İndi şöhrətim dünya ilə birdi, amma nə olsun? Məni Zəlimxan edən adamı dünyada tapa bilmirəm ki, bircə axşam boynunu qucaqlayıb dərdlərinə şərik olam, çəkdiyi sıxıntıları unutduram. İçimdə yanıb-yanıb qovruluram. Cəmiyyətə gəldikdə isə dərdimiz saymaqla qurtarmaz. Tamamlanması da mümkün deyil. Azərbaycan xalqı həddindən çox zəngindi. Amma Allah bu xalqa o qədər dərd verib ki, heç bilmir hansını çəksin. Bu yaxınlarda Dərbənddə oldum. Ağlaya-ağlaya gəldim, içimdə qan gətirdim. Doğma qardaşlarım öz dilində danışa bilmir. Türküstanda-Orta Asiya respublikalarında oldum, 30-50-ci illərdə sürgün edilənlər ana dilində danışa bilmir, danışanın ağzına baxır. Deyir, ay Allah görəsən bu nə danışır. Təbriz, ?axçıvan, Gülüstan, Türkmənçay müqaviləsi, rus, fars şovinizmi, üstümüzə qıcanan dişlər dərddir. Bunların arasında salamat qalmaq üçün bircə yol var: o da dövləti qorumaq. [b]- "Öləndə rahat öləcəm, mələk kimi uçub gedəcəm",-deyən şairin Tanrı dərgahı ilə bağlantısı varmı? [/b] - Bu sözü deyən adamın Tanrı ilə bağlantısı olmasa, Allah onu qəbul etməz. İnanıram ki, Allah bu sözü qəbul edib. Könül qırmadım, kimisə təhqir etmədim, qeybətdən uzaq gəzdim, gül ömrü yaşadım. Məni görənlər ətir aldı. Ədazil, qaniçən adam - xalq arasında belə bir deyim var. Deyirlər ki, o öləndə it kimi ulayacaq. Çünki çoxlarına əzab verib. Yaxşılıq edən isə xəstələnəndə təəccüb edirlər. Deyirlər ki, o, xəstələnməməlidi, mələk kimi uçub getməlidi. Bütün ömrü boyu insan gözəl yaşamaq deyil, gözəl ölmək uğrunda mübarizə aparmalıdı. [b]- Qocalmağınızla barışırsınızmı? [/b] - Qocalığımla barışmıram. Bu deyimi qəbul etmirəm. [b]- Niyə? [/b] - Səməd Vurğun mənim idealımdı. O, çox tez qocaldı. Səməd Vurğun bir qartal idi, səmalarda uçmaq istəyirdi, amma qanadlarını bağlamışdılar. Mən dünyanın 2 hissəsini gəzmişəm, amma Səməd Vurğun 2-3 yerə gedə bildi. Halbuki o, bütün dünyanı gəzə bilərdi. Mənimsə tez qocalmaq imkanım yoxdur. Ailəm, ruhum, millətim sağlam, sevgilərim də çox. Qocalmağa haqqım yoxdur. İnsanlar imkan verməz ki, mən qocalam. Ən ağrılı vaxtlarımda kürsülərə çıxmışam. Səhnədə ağrımı unutmuşam, görənlər deyib ki, Zəlimxanda enerjiyə bir bax. Bir dəfə deməmişəm ki, ay saçlarım niyə ağarmısınız, bunun əleyhinə olmuşam. Saç vaxtında ağarmalıdı. Ağ saç mənim üçün ilahi bir gözəllikdi. [b]- Şair qəlbi üsyankardı, eyni zamanda küsüb-inciyəndi. Dostunuz Əkrəm Əylisli küsüb-inciyəndə kəndinə üz tutur, bəs Zəlimxan Yaqub? [/b] - Əkrəm Əylislinin küsməyində bir az yazıçı ərköyünlüyü var. O, məndən fərqli olaraq, Azərbaycanın içindədir. Mənimsə ata yurdum Azərbaycandan kənardadır. İnanmıram ki, məni küsdürsünlər. Çünki xalq məni başqa cür yetişdirib. Küssəm də, incisəm də heç vaxt harasa getmərəm. Məzarım, vətənim Azərbaycandı. Bu günə kimi küsməmişəm. İnsan böyük olanda küsmür. Məni ovlamaq çox asandı, bir misra şerimi oxusan 9 metr sənə sarı gələcəm, olanları unudub səni bağrıma basacam. [b]- Keçmişə səyahət etdik, bir az sənətdən, bir az siyasətdən danışdıq. ?ə olar şair olanda, gəl bir az da sevgidən danışaq... [/b] - Zəlimxanı yaşadan sevgidi. ?ə qədər istəyirsən, danışaq, bundan gözəl nə olar bilər. Sən Zəlimxandan sevgi istə, məhəbbət istə. Deyim gözüm üstə. Məhəbbət ürəyimi param-parça edib. Dərmanı da yox. [b]- "50 yaşımda ömrümə bir sevgi gəldi, adını demədim eldən ayıbdır",- deyən şairin ürəyini param-parça edən bəxtəvər xanım kimdir? [/b] - O sevgi həqiqətən var. Amma o həqiqətdən daha çox xəyali, romantik sevgidir. ?ə çox yaxın getmirəm, nə aralı gəzmirəm. Həndəvərində dolanıram, kənardan süzürəm. Onunla elə məsafə saxlayıram ki, müqəddəslik qorunsun. O, bilir ki, Zəlimxanın bütün şeirləri onun üçün yazılır. [b]- Deyirlər, 40 yaşda məhəbbət qorxulu, 60 yaşda isə faci ilə bitir... [/b] - Bəli. Amma mən bu sevgidən qorxmuram. Şəxsiyyətimə arxayınam. Bilirəm ki, mən tərbiyyəsizlik etmərəm. Etik normaları gözləyənəm. 60 yaşımda ömrümə belə bir sevgi gəlsə, onu heç vaxt bəyan etmərəm. Ağrısını, acısını ürəyimdə çəkərəm, oduna kül olaram, kabab kimi qovrularam, amma Zəlimxandan səs çıxmaz. Çünki açanda həm ona, həm də özümə qarşı hörmətsizlik olar. [b]Bahar RÜSTƏMLİ [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR