Həmsədrlər Bakıya yanvarın 21-də gələcəklər

img

16-01-2010 [12:45]


ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya yanvarın 21-də gələcəklər. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Onun sözlərinə görə, səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini davam etdirməkdir. Qeyd edək ki, həmsədrlər yanvarın 20-də regiona səfərləri çərçivəsində Ermənistana gedəcəklər. Erməni mətbuatının məluamtına görə, həmsədrlər regiona səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək, iki ölkənin dövlət başçısının növbəti görüşünün təşkili məsələsini müzakirə edəcəklər. Həmsədrlərin Xankəndinə səfər edəcəkləri məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA