Ərdoğan israildən istədikləri cavabı aldıqlarını bildirib

img

14-01-2010 [12:29]


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin Türkiyədən üzr istməsinə münasibət bildirib. Rusiyadan səfərdən qayıdan Ərdoğan deyib ki, Türkiyə tərəfi gözlədiyi və istədiyi cavabl alıb. O qeyd edib ki, məktubda üzr istənilir və bu açıq şəkildə bəyan edilir. "Bu barədə mənə təyyarədə məlumat gəldi. Bu mövzuda Xarici İşlər Nazirliyimizin mətbuata açıqlaması oldu. Onlar diplomatik olaraq gözlədiyimiz cavabı aldığımızı söylədilər. Məktubların içində üzr istənməsinin əks olunduğu var və bu bəyan edilir", deyə Baş nazir qeyd edib. Xatırladaq ki, İsrail Türkiyədən səfirinə qarşı edilən hörmətsizliyə görə ikinci üzr məktubunu göndərib. Məktub Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol vasitəsilə Ankaraya çatdırılıb. İsrail Baş nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən yazılan məktubda səfirdən ona qarşı edilən hörmətsizliyə görə rəsmən üzr istənilir. CNN Türk kanalı məktubun mətnini yayıb. Məktubda xarici işlər nazirinin müavini Danni Ayalonun adından bildirilir: "Sizdən və Türk xalqına hörmətimi və salamımı çatdırmağınızı xahiş edirəm. Mənim sizi alçaltmaq fikrim olmayıb. Baş verən hadisənin düzgün başa düşülməməsi səbəbindən yaranan qalmaqala görə sizdən üzr istəyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA