Siyəzəndə qadın həyat yoldazını cinsi orqanını kəsib öldürdü

img

13-01-2010 [12:11]


Yanvarın 13-də gecə saat 1-də Siyəzən rayonunun Yenikənd kəndində dəhşətli ölüm hadisəsi baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Xəyalə Məmmədova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Rauf Məmmədova bir neçə bıçaq zərbəsi endirib. R.Məmmədov aldığı bıçaq zərbələrindən ölüb. Siyəzən Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində X.Məmmədova tutulub. Siyəzən rayon prokuroru Niyaz Məmişov vesti.az-a bildirib ki, hadisə Rauf Məmmədovun kefli halda evə gələrək və özünün 74 yaşlı atasını təhqir etməsindən sonra baş verib: ?Gəlin qayınatasını müdafiə edib və ondan müvəqqəti olaraq evi tərk etməsini xahiş edib. O, qayınatasını iki azyaşlı uşağı ilə bir yerdə qohumunun evinə göndərib. Həyat yoldaşının bu hərəkəti R.Məmmədovu qəzəbləndirib və o, Xəyaləni döyərək təhqir etməyə başlayıb. Bundan sonra Rauf Məmmədov əlinə bıçaq alaraq həyat yoldaşını oral seksə məcbur etmək istəyib. Qadın müqavimət göstərsə də, əri cəhdindən əl çəkməyib. X.Məmmədova alçaldılmasına dözə bilməyərək, bıçağı kefli həyat yoldaşının əlindən alıb və onun cinsi orqanını kəsib. Sonra affekt vəziyyətində olan Xəyalə Raufa bir neçə bıçaq zərbəsi endirib. R.Məmmədov aldığı yaralardan hadisə yerindəcə keçinib?. Cinayət barədə məlumat alan polis hadisə yeninə gəlib. R.Məmmədovn cəsədi morqa aparılıb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA