Bakıda 106 və 165 saylı avtobuslar toqquzdu-5 ölü, 3 yaralı

img

01-02-2010 [12:58]


Bu gün saat 7:30 radələrində Binəqədi yolunda, Poladəritmə zavodunun yaxınlığında, "Zəngəzur" restoranının qarşısında 165 saylı iritutumlu avtobus 106 saylı avtobusla toqquşub. Binəqədi Rayon 4-cü Polis Bölməsinin növbətçi hissəsindən verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlər 1955-ci il təvəllüdlü Əhmədov Ağabala, Xaçmaz rayon sakini 1954-cü il təvəllüdlü Seyfullayev Rasim Cümşüd oğlu, 1950-ci il təvəllüdlü Quliyeva Minəxanım Ağaqulu qızı, 1983-cü il təvəllüdlü, Məlikov Murad Teymur oğlu və şəxsiyyəti hələlik müəyyən edilməyən 40 -45 yaşlarında kişidir. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, 33 yaşlı Namiq Şirinov, 35 yaşlı Tərzan Babayev və 37 yaşlı Tərlan Aydınov Aydar Məlikov adına 6 nömrəli Bələdiyyə Birləşmiş Xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA