Hökumət qaz, su və elektrik enerjisi təchizatı qaydalarını dəyizdirib

img

07-01-2010 [06:45]


Azərbaycan Nazirlər Kabineti baş nazir Artur Rəsizadənin imzası qərarı ilə ?Elektroenergetika haqqında?, ?Qaz təchizatı haqqında? və ?Su təchizatı və tullantı suları haqqında? qanunlara əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Müstəqil İnformasiya Agentliyi Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, ?Elektroenergetika haqqında? Azərbaycan Respublikasının Qanununa, ?Qaz təchizatı haqqında? Azərbaycan Respublikasının Qanununa və ?Su təchizatı və tullantı suları haqqında? Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılar qərara alınır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ? 5, maddə 336; 2006-cı il, ? 9, maddə 822; 2008-ci il, ? 5, maddə 432) ilə təsdiq edilmiş ?Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar?a aşağıdakı dəyişikliklər və əlavələr edilsin: [b]Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:[/b] 4.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 4.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 4.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 4.1.4. paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 4.1.5. paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; 4.1.6. məhkəmənin qərarı ilə.?; İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. ?Qazın dayandırılması barədə qərar 4.1-ci bənddə göstərilən hallar aradan qaldırılana qədər qüvvədə qalır. ?Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.?. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ? 2, maddə 121; 2006-cı il, ? 1, maddə 59; 2009-cu il, ? 1, maddə 32; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 sentyabr tarixli 157 nömrəli qərarı) ilə təsdiq edilmiş ?Elektrik enerjisindən istifadə Qaydaları?na aşağıdakı əlavələr və dəyişikliklər edilsin: ?Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 14-cü bəndin birinci abzasında ?beş bank günü ərzində? sözləri ?bir ay müddətində? sözləri ilə əvəz edilsin, ikinci və üçüncü abzasları çıxarılsın; 8.19-cu bəndin birinci cümləsində ?İstehlakçı? sözündən sonra ?(məişət abonenti istisna olmaqla)? sözləri əlavə edilsin; 8.30-cu, 8.31-ci bəndlər, 8.33-cü bəndin ikinci abzası, 8.34-cü bəndin ikinci abzası və üçüncü abzasının ikinci cümləsi çıxarılsın; 9.13-cü bənd aşağıdakı redaksiyada verilsin və ?Qeyd? hissəsində ?bu Qaydaların 8.34-cü bəndinə uyğun olaraq onun elektrik enerjisi təchizatı dayandırıla bilər? sözləri ?qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur? sözləri ilə əvəz edilsin: [b]Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:[/b] Istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR