Toyda müğənni 64 yaşlı qadını döyüb

img

12-06-2025 [13:17]


Ağdaşda toyda dava olub.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.

Toyda qonaq olan 64 yaşlı N. Hüseynovu musiqiçilər döyüblər.

O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü deyib.

Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR