Astarada 46 yaşlı şəxs 23 kq narkotiklə tutulub

img

12-06-2025 [16:25]


Astarada 46 yaşlı şəxs 23 kq narkotiklə tutulub.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, rayonda keçirilən növbəti əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA