Dövlət Yanğından Mühafizə Xidməti əhaliyə xəbərdarlıq etdi

img

30-12-2009 [02:40]


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti dekabrın 31-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bunu xidmətin rəisi Füzuli Əsədov deyib. Onun sözlərinə görə, yanğınsöndürmə briqadaları Yeni illə bağlı bayram tədbirlərinin keçirildiyi yerlərdə, eləcə də strateji əhəmiyyətli obyektlərdə növbəli iş rejiminə keçəcəklər. Bununla belə, Fizuli Əsədov əhalinin təhlükəsizliklə bağlı diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, son zamanlar baş verən yanğınların təhlili onu göstərir ki, bu cür hadisələrin əsas səbəbi mənzillərdə, eləcə də qeyri-yaşayış sahələrində standarta uyğun olmayan, yaxud nasaz qızdırıcı elektrik və ya qaz cihazlarından istifadə olunmasıdır. Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi həmçinin əhaliyə Yeni il şənliklərinin keçirilməsi zamanı ehtiyatlı olmağı tövsiyyə edib: ?Yolkaların elə qurulmalıdır ki , özülü möhkəm olsun, digər predmetlərdən uzaqda yerləşdirilməli və işıqlandırma gücü 12 voltdan yüksək olmasın. Kütləvi şənliklər keçirilən otaqlar yanğınsöndürmə cihazları ilə təmin olunmalıdır. Ən azından yanğınsöndürmə balonları olmalıdır?. Fizuli Əsədov bildirib ki, əhali fişənglərdən ehtiyatla istifadə etməli və onların yanğına səbəb ola biləcəyini nəzərə almalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA