Azadlıq prospektində qara maskalı zəxs qumbara ilə özünü partlatdıb

img

30-12-2009 [07:28]


[b]Partlayış nəticəsində onun bədəninin hissələri ətrafa dağılıb. Polislər ərazini mühasirəyə alıblar və çəkilişə icazə vermirlər[/b] Bu gün Bakının Nərimanov rayonu ərazisində Azadlıq prospekti 57 ünvanının yaxınlığında (Çinar marketin Yaxınlığında) qara maskalı şəxs özünü partladıb. Hadisə təxminən saat 18:57 radələrində olub. Müstəqil İnformasiya Agentliyinin hadisə yerində olan əməkdaşına şahidlər bildiriblər 40-45 yaşlarında olan şəxs öncə avtobusa minmək istəyib amma onun əlində silah olduğunu görən sürücü buna imkan verməyib. Sonra isə həmin şəxs havaya atəş açıb. Bu zaman polislər onu zərərsizləşdirmək istəyiblər. O isə polisləri yaxın buraxmayaraq qumbaranı sinəsinə sıxaraq özünü partladıb.Partlayış nəticəsində yaxınlıqda olan polis əməkdaşı Ruslan Dəmirçiyev ayaq və bud nahiyələrindən xəsarət alıb. Hazırda polislər ərazini mühasirəyə alıblar və çəkilişə icazə vermirlər. Şəxsiyyəti bəlli olmayan şəxs mübahisə zəminində özünə qəsd etdiyi ehtimal olunur. Partlayış nəticəsində o tanınmaz hala düşüb və bədəninin hissələri ətrafa dağılıb. Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerində tədqiqat aparırlar. Amma meyit tanınmaz halda olduğundan, ölənin şəxsiyyətini müəyyənləşdirmək yubanır. Daha sonra verilən məlumatda bildirilir ki, özünə qəsd edən şəxs Qazax rayon sakini Rasim Əliyevdir. Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA