Milli Ordunun daha bir əsgəri zəhid olub

img

29-12-2009 [05:33]


Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçən 18 yaşlı Ramin Niftəliyev ermənilərin atəşkəsi pozması nəticəsində ölüb. Erməni snayperinin açdığı atəş onun ürəyinə dəyib. R.Niftəliyev 2009-cu ilin yanvar ayında Qusar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Mərhumun cənazəsi bu gün Qusar rayonunun Hil kəndinə gətirilib. Rayon Hərbi Komissarlığı və İcra Hakimiyyəti onun şəhid olmasını təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA