Dəvəçidə Bələdiyyə sədri icra hakimiyyətində dava saldı

img

22-12-2009 [01:54]


Dünən saat 11.00 radələrində Dəvəçi rayon İcra Hakimiyyətinin inzibati binasında Şahnəzərli kənd bələdiyyəsinin sədri, bələdiyyəyə namizəd, kənd sakini, əvvəllər məhkum olunmuş Əhəd Hüseynov xuliqanlıq zəminində İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyovu təhqir edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə zamanı orada olan və Əhəd Hüseynovu intizama dəvət DİN Baş Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Rəşad Novruzovun qanuni tələblərinə tabe olmayıb. Ona qarşı müqavimət göstərmiş və oranın işçiləri Saleh Təhməzovu, Nəsimi Mirzəyevi öldürəcəyi ilə hədələyib. Faktla əlaqədar toplanmış materiallar araşdırmalar aparılması üçün rayon prokurorluğuna göndərilib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA