isa Qəmbər Yeqor Qaydarın vəfatı ilə bağlı onun ailəsinə bazsağlığı verib

img

16-12-2009 [05:19]


Müsavat başqanı İsa Qəmbər bu gün vəfat etmiş tanınmış ictimai-siyasi xadim və iqtisadçı alim Yeqor Qaydarın qəflətən vəfatı ilə bağlı onun ailəsinə, yaxınlarına və Rusiyanın demokratik ictimaiyyətinə başsağlığı verib. Müsavat Partiyasının mətbuat xidmətindən daxil olan məlumata görə, məktubda deyilir: "Yeqor Qaydar 90-cı illər Rusiya demokratlar nəslinin ən tanınmış nümayəndələrindən biri olub. O, istər demokratik hərəkatda iştirak etdiyi vaxtlarda, istərsə də Rusiya Baş nazirinin səlahiyyətlərini icra etdiyi dövrlərdə ölkənin demokratikləşməsi, köklü siyasi və iqtisadi islahatların həyata keçirilməsi sahəsində mühüm işlər görüb. O, Rusiya hakimiyyəti dairələrində keçmiş sovet respublikaları ilə bərabər hüquqlu iqtisadı münasibətlərin qurulmasının çox az saylı tərəfdarlarından biri idi". Xatırladaq ki, məşhur iqtisadçı və siyasətçi Yeqor Qaydar Moskvada 54 yaşında vəfat edib. Bu barədə onun köməkçisi Gennadi Volkov məlumat verub. Y.Qaydar 90-cı illərin əvvəllərində Rusiya Federasiyasının baş naziri olub, Rusiyada bazar iqtisadiyyatı islahatlarının əsas ideoloqlarından biri hesab edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA