Elmar Məmmədyarov iranlı həmkarı Mənuçöhr Mottaki ilə görüzüb

img

14-12-2009 [04:00]


Bu gün İrana səfər edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Mənuçöhr Mottaki ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasındakı ikitərəfli və regional münasibətlərin perspektivləri haqqında müzakirələr aparılıb. E.Məmmədyarovun İran prezidenti Mahmud Əhmədinejad, İran parlamentinin sədri Əli Laricani və bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə də görüşəcəyi gözlənilir. Birgünlük səfər çərçivəsində keçiriləcək görüşlərdə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Bundan əlavə, Azərbaycan-İran hökumətlərarası komissiyanın həmsədri kimi, Elmar Məmmədyarov bu komissiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparacaq. Həmçinin, Bakı ilə Tehran arasında qaz sazişinin imzalanması gözlənilir. Bu sazişə əsasən qonşu ölkəyə qaz nəqlinə gələn ilin əvvəlində başlanacaq. İlkin mərhələdə İrana ildə 500 milyon kubmetr Azərbaycan qazı nəql olunacaq. Gələcəkdə isə nəql həcmi imkanlardan asılı olaraq artırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA