Xələf Xələfov: "Nə bizim irana təsir etmək fikrimiz var, nə də iranın bizə"

img

12-12-2009 [01:41]


Rəsmi Bakı Fransa prezidenti Nikola Sarkozinin Azərbaycan prezidenti İlham Əliyevdən İrana təsir etmək barədə xahişinə münasibət bildirib. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan İranla dost və qonşu dövlətdir. "Nə bizim İrana təsir etmək fikrimiz var, nə də İranın bizə?, deyə X. Xələfov qeyd edib. Nazir müavini əlavə edib ki, iki ölkə arasındakı əlaqələr bir-birinin daxili işlərinə qarışmamaq və bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmaq əsasında aparılır. Xatırladaq ki, İlham Əliyevin fransalı həmkarı Nikola Sarkozi ilə görüşü dekabrın 9-da Fransada olub. Regionda Azərbaycanın nüfuzunun günü-gündən artdığını bildirən Sarkozi İlham Əliyevdən İranla yaranmış nüvə böhranının aradan qaldırılması üçün rəsmi Tehrana öz təsirindən istifadə edərək yardım etməsini istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA