Nərimanov prospektində bomba həyəcanı yazandı

img

11-12-2009 [06:56]


Dünən saat 15.26 radələrində özünü Osman Əliyev kimi təqdim edən şəxs FHN-in ?112? xidmətinə zəng edərək Nərimanov prospektinə partlayıcı maddə qoyulması barədə məlumat verib. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb və təsdiqini tapmayıb. DİN-dən verilən məlumata görə, araşdırmalar zamanı telefonun Sabirabad rayonunun Güdəcühür kənd sakini Əlverdi Əsgərova məxsus olması və zəngin onun oğlu, 15 yaşlı Münasib tərəfindən edilməsi müəyyən edilib. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA