ABŞ prezidenti Barak Obama Nobel sülh mükafatını alıb

img

11-12-2009 [12:23]


ABŞ prezidenti Barak Obama dekabrın 10-da Norveçin paytaxtı Osloda keçirilən mərasimdə bir müddət öncə layiq görüldüyü Nobel sülh mükafatını alıb. Obama bu mükafata beynəlxalq diplomatiyanı gücləndirmək üçün göstərdiyi hədsiz səylərə görə layiq görülüb. Amma onun mükafatlandırılması tənqidlərsiz də ötüşməyib. Bəziləri hesab edir ki, prezident Obamanı tərifləmək hələ tezdir. Onların fikrincə, Obamanın prezident olaraq ilk ilində xarici siyasətdə qazandığı uğurların sayı azdır. Obama dərin minnətdarlıq hissi ilə mükafatı qəbul etdiyini bildirərək, dünya arenasında öz fəaliyyətinin sonuncu günündə deyil, başlanğıcında olduğunu diqqətə çatdırıb. Obama Nobel mükafatı seçiminin bəzi ziddiyyətli məqamlarından bəhs edib. ?Bu mükafatın mənə təqdim olunmasının, ola bilsin ki, ən böyük problemi ondadır ki, mən müharibə aparan bir ölkənin silahlı qüvvələrinin ali baş komandanıyam?. Bu ilki Nobel sülh mükafatına 205 namizəd irəli sürülmüşdü. BBC xəbər verir ki, Nobel sülh mükafatı Barak Obamanın layiq görüldüyü yeganə mükafat deyil. İndoneziya paytaxtı Cakartada ona 10 yaşlı oğlan olaraq heykəl qoyulub. Amerika prezidenti uşaqlığının dörd ilini İndoneziyada amerikalı anası və indoneziyalı ögey atası ilə birlikdə keçirib. Barak Obamanın heykəli uşaqlıqda yaşadığı evin yaxınlığındakı parkda qoyulub. Prezident Obama 6 yaşəndan 10 yaşınadək İndoneziyada yaşayıb. Onun anası İndoneziya vətəndaşı ilə evləndikdən sonra Cakartaya köçüb. Bürünc heykəldə Barak Obama sol əlində kəpənək tutub və ona baxaraq gülümsəyir. Bu heykəli düzəldənlər deyir ki, bu gənc İndoneziya uşaqları üçün ümid və həvəs rəmzi olacaq. Onlar bu heykəldə bir vaxtlar öz ölkələrində yaşamış və böyük uğurlara sahib olan birini görəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA