Prezident ilham Əliyevin Fransaya rəsmi səfəri baza çatıb

img

10-12-2009 [01:10]


Prezident İlham Əliyev Fransaya rəsmi səfəri çərçivəsində dekabrın 9-da bu ölkənin xarici işlər naziri Bernar Kuşnerlə görüşüb. Görüşdə Azərbaycanla Fransa arasında müxtəlif sahələrdə, o cümlədən siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi önəm daşıdığı qeyd edilib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı proseslərin hazırkı vəziyyətindən söhbət açılan görüşdə, regional və bir sıra beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan dövlət başçısı Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin genişlənməsinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin möhkəmlənməsində dostluq qruplarının rolu qeyd edilib. Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində Azərbaycan prezidentinin Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə də görüşü olub. Bununla da, səfər başa çatıb. Azərbaycan prezidentini Parisin ?Orli? Beynəlxalq Hava Limanından Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Dövlət başçısı dekabrın 9-da axşam Bakıya qayıdıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA