Filipp Qordon: "Qarabağ münaqizəsinin həllinə Ermənistan-Türkiyə normallazmasına aparan yol kimi baxmırıq"

img

10-12-2009 [01:00]


Dağlıq Qarabağ münaqişəsi hansısa digər məsələlərdən asılı olmayarq özü-özlüyündə vacib problemdir. ABŞ Dövlət Katibinin Avropa və Avrasiya üzrə köməkçisi Filipp Qordon belə deyib. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar prosesi ilə maraqlanır və Minsk Qrupunun işində fəak iştirak edir. Bununla yanaşı F.Qordon qeyd edib ki, ?Bu məsələ ona görə vacib deyil ki, biz bu münaqişənin həllini Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına aparan yol kimi baxırıq. Bu münaqişə ona görə vacibdir ki, onun həlli regiondakı stabillik və sülhə böyük töhfə verə bilər. Bundan isə həm Ermənistan, həm də Azərbaycan qazanar". Xatırladaq ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bu həftə ABŞ prezidenti Barak Obama ilə görüşündə bildirmişdi ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA