Zaur Tağızadə yenə ?qara zolağ?a düzdü

img

09-12-2009 [03:28]


?Neftçi?nin kapitanı Zaur Tağızadə yenidən zədələnib. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində ?ağ-qaralar?ın baş məşqçisi Vaqif Sadıqov məlumat verib: ?Zaurun vəziyyəti yaxşılığa doğru gedirdi. O artıq komandayla birgə məşqlərə də başlamışdı. Lakin yenidən zədələndi. Məşqdən sonra məlum oldu ki, Tağızadənin ayağı şişib. Təbii ki, bu bizim üçün heç də xoş xəbər olmadı. Konkret nə vaxt meydana qayıdacağını demək çətindir. Amma sabah ?Qəbələ?yə və həftəsonu ?Muğan?a qarşı keçirəcəyimiz oyunlarda meydana çıxmayacağı dəqiqdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR