Prezident ilham Əliyev Fransaya gedir

img

08-12-2009 [03:41]


Azərbaycan prezidenti İlham Əliyev Fransaya səfər edəcək. Dövlət başçısı sabah Fransa xarici işlər naziri Bernar Kuşnerlə görüşəcək. Fransanın Bakıdakı səfirliyinin saytının yaydığı məlumata görə, danışıqlar zamanı İran və Dağlıq Qarabağ münaqişəsində danışıqların hazırkı mərhələsi, həmçinin ikitərəfli münasibətlər müzakirə ediləcək. Bundan başqa, Kuşnerlə görüş ərəfəsində diplomatik pasportu olan şəxslərin qısamüddətli səfərləri üçün vizanın qarşılıqlı ləğv edilməsi haqqında və vergi sahəsində texniki əməkdaşlıq haqqında saziş imzalanacaq. Qeyd edək ki, bu, 2003-cü ildən başlayaraq, İ.Əliyevin Fransaya artıq 8-ci səfəridir. Parisə səfəri zamanı dövlət başçısı Fransa prezidenti adından rəsmi nahara dəvət ediləcək. Bundan başqa, İ.Əliyev Fransa Milli Assambleyasının spikeri və Senat sədri ilə görüşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA