Bakıda bir qrup zəxs evə silahlı basqın edib

img

08-12-2009 [01:09]


[/right] Bir qrup şəxs paytaxtın Sabunçu rayonunda mənzilə silahlı basqın ediblər. Basqınçılar evdən 10 min ABŞ dollarına yaxın pul və xeyli miqdarda qızıl aparıblar. Sabunçu rayon Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qəsəbə sakini Solmaz Abduləzizovanın mənzilinə daxil olan iki naməlum şəxs ev sahibinin oğlu Teymur Abdulləzizovu silahla hədələyərək onun əl-qolunu bağlayıblar. Sonra isə evdən 10 min dollara yaxın pul və xeyli miqdarda qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər. Hazırda polis basqınçıların tutulması ilə bağlı tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA