Bakıda atızma; bir nəfər dünyasını dəyizib

img

21-11-2009 [03:55]


Bu gecə Bakıda atışma baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə gecə saat 01.30 radələrində Yasamal rayonu, Abdulla Şaiq küçəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Nurməmmədov güllə yarası ilə xəstəxanaya gətirilib, lakin aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA