Həmsədrlər regiona yeni təkliflərlə gəlirlər

img

07-12-2009 [12:37]


"ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın zamanlarda regiona səfərləri çərçivəsində rəsmi Bakı və İrəvana Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni təkliflər verə bilərlər". Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun sözlərinə görə, yaxın zamanlarda həmsədrlər regiona gələcək və ola bilər ki, onlar yeni təkliflər versinlər. XİN yetkilisi onu da bildirib ki, bu təkliflərin işlənib hazırlanması Azərbaycan və Ermənistan prezidentlərinin görüşü əsasında olacaq və bu, münaqişənin həll edilməsi yönündə irəliləyişə sübut hesab edilə bilər: "Azərbaycan danışıqlar prosesində nəticə əldə edilməsinə çalışır və erməni tərəfinin danışıqlar prosesini uzatmasına qarşı çıxır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA