Rusiyada yanğın nəticəsində 112 nəfərin ölüb, ölkədə matəm elan olunub

img

05-12-2009 [03:58]


Rusiya prezidenti Dmitri Medvedev Permdə baş verən faciə ilə bağlı dekabrın 7-ni bütün ölkə ərazisində matəm günü elan edib. Perm vilayətində isə 3 günlük matəm elan olunub. Yerli hakimiyyət orqanları ölənlərin ailəsinə 100 min rubl ayrıldığını bildiriblər. Prezident Dmitri Medvedev də kömək üçün vəsaitə qənaət etməməyi tapşırıb. Rusiyanın newsru.com saytının məlumatına görə, ?Xromaya loşad? klub-restoranında yanğın nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb, 130 nəfər xəstəxanadadır. Kafedə pirotexnikanın partladığı güman edilir. Ölənlərin əksəriyyətinin dəm qazından xilas olmaq istəyən kütlə arasında yaranan basabasda ayaqlar altında qaldığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA