Azərbaycanın müharibə bəyanatları Ermənistan parlamentində müzakirə olunacaq

img

04-12-2009 [12:07]


Ermənistan hökuməti deputat Armen Rustamyanın qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi ?Azərbaycanın Qarabağ probleminin həllini hərbi qarşıdurmaya transformasiyasındakı məsuliyyəti barədə? adlı bəyanatı bəyənib. Hökumətin iclasında xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, sənəd layihəsində Azərbaycanın reallıqları təhrif etdiyi, beynəlxalq ictimaiyyətdə münaqişənin mənbəyi və inkişafı ilə bağlı yanlış əy yaratmağa səy göstərdiyi vurğulanır. Nazir müavininin sözlərinə görə, sənəddə beynəlxalq strukturlarda baş verənlərin real mənzərəsinin bərpasının vacibliyi bildirilir. Rəsmi İrəvan Azərbaycanı münaqişəni gərginləşdirməkdə günahlandırır. Bəyanat Ermənistan parlamentinin müzakirəsinə çıxarılacaq. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA