Araz Əzimov Böyük Britaniyada izgüzar səfərdə olub

img

01-12-2009 [02:16]


23-25 noyabrda xarici işlər nazirinin müavini Araz Əzimov Böyük Britaniyada işgüzar səfərdə olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər zamanı A.Əzimov Böyük Britaniyanın Xarici işlər nazirliyinin bir sıra rəsmiləri ilə görüşlər keçirib. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və transmilli cinayətkarlıq, narkotik maddələrin qanunsuz daşınması, qarşılıqlı informasiya mübadiləsi, enerji və qeyri-neft sektorunda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, bu əlaqələrin inkişaf perspektivləri qiymətləndirilib. Ayrı-ayrı sahələr üzrə ölkələr arasında əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunulub. Səfər çərçivəsində Araz Əzimov həmçinin Britaniya-Azərbaycan Parlamentlərarası Qrupunun üzvləri ilə də görüşüb və Britaniya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ?Cənubi Qafqaz və Genişləndirilmiş Qara Dəniz Qonşuluğu: Regional inkişaf meylləri və Avro-atlantik inteqrasiya? mövzusunda keçirilmiş 995-ci Vilton Park yüksək səviyyəli beynəlxalq konfransda iştirak edib. Tədbirə xarici və region ölkələrinin yüksək səviyyəli rəsmiləri, Londonda akkreditə olunmuş səfirliklərin nümayəndələri, çoxsaylı tədqiqat mərkəzlərinin təmsilçiləri, region üzrə tanınmış ekspertlər və jurnalistlər qatılıblar. Araz Əzimov konfransdakı çıxışında regional münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd edib, Dağlıq Qarabağ münaqişəsinin təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın təhlükəsizliyini təhdid etdiyini vurğulayıb. Səfər zamanı nazir müavini Türkiyənin TRT Türk televiziya kanalına da müsahibə verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA