Ağdamda yer zumlayan traktorçu tank əleyhinə minaya düzüb

img

01-12-2009 [01:43]


Bu gün saat 08:50 radələrində Ağdam rayonu Mərcili kəndi ərazisində Saatlı rayonu Qarabağlılar kənd sakini, 1986-ci il təvəllüdlü Vüsal Bayram oğlu Qəşimov Saatlı rayon AgroServisə məxsus traktorla yer şumlayarkən tank əleyhinə minaya düşüb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə ANAMA-nın mətbuat xidmətindən daxil olub. Verilən məlumatına görə, Vüsal Qəşimov yüngül xəsarət alıb. ANAMA-dan onu bildirilib ki, həmin ərazi təmas xəttinə yaxın olduğuna görə Agentlik həmin ərazilərdə əməliyyatlar aparmır. Lakin dəfələrlə Agentlik tərəfindən həmin ərazilərin təhlükəli olduğu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, nəinki Ağdam, həmçinin digər rayonlarda da AgroServis tərəfindən kənd təsərrüfatı işlərinin aparılması davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA