Adnan Hacızadəyə və Emin Milliyə ailələrilə görüz veriləcək

img

23-11-2009 [08:02]


Noyabrın 23-də Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində həbsdə olan gənc bloqçular Adnan Hacızadə və Emin Millinin ailə üzvlərinin müraciətinə baxılıb. Hakim valideynlərə övladları ilə görüşə icazə verib. Noyabrın 25-də Adnan Hacızadənin, ertəsi gün isə Emin Millinin valideynləri övladları ilə görüşəcək. Hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanandan bəri ailə üzvləri ilə görüşə bilməyib. Qeyd edək ki, gənclər noyabrın 11-də Səbail rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq ittihamı ilə təqsirli biliniblər, E.Milli 2,5, A.Hacızadə 2 il həbs cəzasına məhkum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA