Tümen-Bakı qatarını partlatmaq istəyiblər

img

30-11-2009 [05:48]


305;n Tümen şəhərindən Bakıya gələn sərnişin qatarını partlatmağa cəhd edilib. Rusiya Dəmiryolları İdarəsinin məlumatına görə, dəmiryolunun Dağıstandan keçən hissəsində bomba qatar keçməzdən əvvəl partlayaraq, relsləri yararsız hala salıb. Lakin qatar aşmayaraq, zədəli relslərin üzərilə 150 metr gedib. Hadisə zamanı ölən və yaralanan olmayıb. Rusiya Dəmiryolları İdarəsinin bəyanatında hazırda həmin hissədə nəqliyyatın işinin bərpa olunduğu bildirilir. Tümen-Bakı qatarı səfərini davam etdirib. Federal Təhlükəsizlik Xidməti ərazidə istintaq işləri aparır. Xatırladaq ki, cümə günü Moskva-Peterburq sürət qatarının partladılması nəticəsində 25 nəfər həlak olmuş, 100-dən çox adam xəsarət almışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA