Rusiyada "Nevski ekspress" qatarının partladılması nəticəsində 30 nəfə ölüb

img

29-11-2009 [04:36]


Noyabrın 27-də Moskva vaxtı ilə saat 21.30 radələrində Moskvadan Sankt-Peterburqa gedən "Nevskiy ekspress" sərnişin qatarında partlayış baş verib. Partlayış nəticəsində sərnişin qatarının bir neçə vaqonu Tver vilayətinin Boloqo şəhəri yaxınlığında relsdən çıxaraq aşıb. Rusiya Federasiyası Baş Prokurorluğunun məlumatına görə, qəza nəticəsində 30 nəfər ölüb, daha 60 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib. "Nevski ekspress" qatarının qəzaya uğraması nəticəsində zərərçəkmişlər arasında 34 yaşlı Azərbaycan əsili Rusiya vətəndaşı Novruz Babayev də var. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) və 222-ci (qeyri-qanuni olaraq partlayıcı əşyaların daşınması) maddələri ilə cinayət işi açılıb. Verilən məlumatlara görə, hadisə dəmir yolunda yerləşdirilən partlayıcının işə salınması nəticəsində baş verib. Hazırda hadisə yerində müstəntiqlər çalışırlar. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Botnikov relslərdən çıxaraq qəzaya uğuramış sürətli qatarda bomba partladıldığını təsdiq edib. Onun sözlərinə görə, partladıcı maddədə 7 kiloqram TNT ekvivalenti olub. Bundan əvvəl də, hadisə yerində partladıcı maddənin hissələrinin aşkar edildiyi xəbər verilir. Azərbaycan Prezidenti İlham Əliyev "Nevski ekspress" qatarının qəzaya uğraması ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA