Azərbaycanlı məmurların Avropaya gəlizinə qadağan qoyulması tələbi ilə aksiya keçirilib (Yenilənib)

img

27-11-2009 [03:31]


Hollandiyada yaşayan azərbaycanlı siyasi mühacirlər ?Azərbaycanlı məmurların Avropaya gəlişinə qadağan qoyulsun!? tələbi ilə aksiya keçiriblər. Hazırda Hollandiyada yaşayan Qəbələ rayonunun sabiq icra başçısı, Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə etiraz aksiyası Hollandiyanın Xarici İşlər Nazirliyinin qarşısında keçirilib. Aksiya iştirakçıları ?Azadlıq? qəzetinin baş redaktrou Qənimət Zahidə, ?Alumni Network? Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milliyə (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadəyə azadlıq tələb ediblər. ?Azad cəmiyyət, azad dövlət!?, ?Diktaturaya yox deyirik!?, ?Emin və Adnana azadlıq!? şüarları səsləndiriblər. Onlar azad sözə qarşı represiv davranıldığı üçün azərbaycanlı məmurların Avropaya gəlişinə qadağan qoyulması tələbi ilə də çıxış ediblər. Avropalıların nəzərinə çatdırıblar ki, Azərbaycandakı siyasi məhbuslar azadlığa çıxmayana kimi sərt tədbirlərdən əl çəkməsinlər. Eldəniz Yusibov bildirib ki, digər Avropa ölkələrində də bu tip aksiyaların təşkil edilməsi gözlənilir. Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı korrupsiyaya bulaşmış və azad sözə qarşı olan Azərbaycanlı məmurların Avropaya gəlişinə sanksiya qoyulması istiqamətində fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA