MTN Baləkəndə qadağan olunmuz dini materiallar azkar edib

img

26-11-2009 [03:24]


Balakən rayonunda qanunla qadağan olunmuş dini materiallar götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi və MTN-in rayon şöbəsi əməkdaşları tərəfindən rayonun R.Səmədov küçəsində yaşayan Bahadur Muradovun mənzilinə baxış keçirilib. Mənzildən qanunla qadağan olunmuş 27 ədəd dini kitablar, dini məzmunlu 14 ədəd kompüter diski, 2 ədəd videokaset və 6 ədəd vərəqə tapılıb. Həmçinin B.Muradova məxsus ?Əhli-Beyt? adlı ətriyyat mağazasına baxış zamanı 43 ədəd dini kitab və broşür, 1 ədəd disk aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA