Bakıda 40 yazlı qadın bacısını balta ilə üç hissəyə bölüb

img

03-12-2009 [10:54]


Bu gün Bakının Yasamal rayonunda dəhşətli qətl hadisəsinin üstü açılıb. Yasamal Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 1969-cu il təvəllüdlü Laura Bahadur qızı Qasımova özündən yaşca böyük olan bacısı Nigar Qasımovanı qətlə yetirib. O, bacısını balta ilə üç hissəyə bölüb. Hadisə barədə qızların atası Bahadur Qasımov polisə məlumat verib. Nigar Qasımovanın cəsədi mərhumun yaşadığı paytaxtın Şərifzadə küçəsi, ev 73, mənzil 79-un eyvanındakı lazımsız əşyaların toplandığı yerdən tapılıb. Hadisəni törədən Laura Qasımova saxlanılıb. Hazırda ondan ifadə alınır. Hadisənin nə zaman törədildiyi və başvermə səbəbləri müəyyənləşdirilir. Hadisə yerində istintaq qrupu tərəfindən araşdırma aparılır. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA