Prezident ilham Əliyev ?Aqo? qrupunun sədrini qəbul edib

img

25-11-2009 [08:06]


Prezident İlham Əliyev noyabrın 25-də ?Aqo? monitorinq qrupunun sədri, Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Stelian Stoyan monitorinq qrupu üzvlərinin ölkəmizə zəngin səfər proqramının həyata keçirilməsinə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyevin Avropa Şurasındakı məhsuldar fəaliyyətini xatırlayan qonaq təmsil etdiyi təşkilatın Azərbaycana yaxın münasibət bəslədiyini bildirib. Avropa Şurasının növbəti illər üçün də Azərbaycanla əməkdaşlığının intensivləşdirilməsi imkanlarını araşdırmağı zəruri hesab etdiyini bildirən Stelian Stoyan Avropa Şurasına üzv olan ölkələrin bir-birilərinə dəstək vermələrinin vacibliyini qeyd edib. ?Aqo? monitorinq qrupunun Azərbaycana geniş proqramla səfər etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu səfər ölkəmizlə yaxından tanış olmaq, insanlarla görüşüb müxtəlif fikirlər eşitmək, Azərbaycan haqqında həqiqətləri daha dolğun şəkildə öyrənmək üçün yaxşı imkan yaradır. Görüşdə Azərbaycan ilə Avropa Şurasının ?Aqo? monitorinq qrupu arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA