Münhen görüzündə əldə edilən irəliləyizlər məlum oldu

img

25-11-2009 [06:24]


Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın Münhen görüşündə əldə edilən danışıqların detalları məlum olub. Türkiyə mətbuatının məlumatına görə, Ankaraya çatan ilk məlumatlara görə, iki lider tam olaraq qəti bir nəticə əldə edə bilməyib. Ancaq problemin həlli üçün daha əvvəl ATƏT-in Minsk Qrupunun (ABŞ, Rusiya və Fransa) təklif etdiyi Madrid Prinsipləri ilə Helsinki İnsan Haqqları Bəyannaməsi çərçivəsində irəliləyiş əldə edilməyə çalışılıb. Münhen görüşündə iki prezidentin prinsip baxımından müvafiq hesab etdikləri irəliləyişlər aşağıdakılardır: - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son razılığa təməl kimi bir çərçivə sazişi ilə bağlı fikir mübadiləsi aparılıb. - Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan 7 rayondan (Kəlbəcər, Laçın, Qubadlı, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl) 5-nin boşaldılması ilə bağlı razılıq əldə edilib. - Boşaldılacaq 5 rayonun hansılar olacağı dəqiqləşməyib. -İrəvan rəhbərliyi, bu mərhələdə Ermənistan ilə Dağlıq Qarabağ arasındakı əlaqəni təmin edən Laçın Dəhlizinin boşaldılmasının gündəmə gətirilməsinə qətiliklə qarşı çıxıb. -Dağlıq Qarabağın son statusuna dair qərarın referendum nəticəsində təyin olunması prinsipi müvafiq hesab edilib. Türkiyə mətbuatının məlumatına görə, Türkiyə xarici işlər naziri Liviyaya səfərindən öncə Azərbaycan xarici işlər naziri Elmar Məmmdəyarovla telefonla danışaraq, Münhen görüşünün nəticələri ilə bağlı ətraflı məlumat alıb. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA