Bakıda məcburi köçkünləri yazadığı binada yanğın baz verib, 60 nəfər evakuasiya edilib

img

25-11-2009 [03:24]


Bakı şəhəri, Binəqədi rayonunda dövlət müəssisələrindən birinə məxsus və hazırda məcburi köçkünlərin yaşadığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 kv.m. olan dəhlizin yanar konstruksiyaları, dəhlizə yığılmış müxtəlif ev əşyaları 80 kv.m. sahədə və həmin mərtəbədə olan 4 mənzildə yanğın baş verib. Müstəqil İnformasiya Agentliyi Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə anında binada olan 60 sakin təxliyyə olunub, 6 nəfər yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib. Xilasedicilər yanğından zərər çəkmiş 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərmiş və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Yanğın saat 06:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Əməliyyat saat 06:42-də başa çatmışdır. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA