Həmyerlisini qatarın altına ataraq öldürməkdə təqsirləndirilən Xaçmaz sakini bəraət aldı

img

09-12-2009 [12:40]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmyerlisini qatarın altına ataraq öldürməkdə təqsirləndirilən Xaçmaz rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ruslan Məmmədova bəraət verilib. İttihama görə, 2004-cü ilin iyun ayında Xaçmaz rayonu sakini Ruslan Məmmədov nişanlısı Ceyran Şahverdiyeva ilə görüşməyə gəlib. R.Məmmədov nişanlısının evinə çatanda ikinci mərtəbədə həmyerlisi Zaur Veysovun nişanlısı Ceyranla söhbət etdiyinin şahidi olub. Buna əsəbiləşən Ruslan Zaurla əlbəyaxa olub. Həmin vaxt Zaur Veysov onun əlindən çıxaraq, oradan qaçıb. Ruslan isə onun arxasınca qaçıb və Zauru Gəndob-Yalama dəmiryolunun 46-cı kilometrliyində, Xaçmazın Qusarçay kəndi ərazisində tutaraq onu dəmiryolunun relsinə bağlayıb. Qatar Z.Veysovun üstündən keçib. Ancaq məhkəmədə qeyd olunan ittihamlar sübuta yetirilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA